Sabirabadda yanğın: bir nəfər ölüb
23 yanvar 2014 21:31 (UTC +04:00)

Sabirabadda yanğın: bir nəfər ölüb

0
Bu gün Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi Sabirabad rayonunun Surra kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m qamışdan ibarət birmərtəbəli bir otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın kəşfiyyatı zamanı evdə Ə.M. Məlikovun yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 663

Oxşar yazılar