Qubada maşınla vurulan velosipedçi dünyasını dəyişdi
12 noyabr 2013 10:44 (UTC +04:00)

Qubada maşınla vurulan velosipedçi dünyasını dəyişdi

Noyabrın 7-də səhər saatlarında Quba rayonunun İkinci Nügədi kəndində avtomobil tərəfindən vurulan velosipedçi bu gün səhər saatlarında dünyasını dəyişib.


 

APA-nın yerli bürosunun xəbərinə görə, 1974-cü il təvəllüdlü Eldəniz Əlihüseynov həmkəndlisi Rəşid Kərimulla oğlu Qasımovun idarə etdiyi 90 KH 604 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomaşın tərəfindən vurulub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar