Mayın 14-də Quba rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Zıxır kəndində kənd sakini Teymur Mustafayev münaqişə zəminində həmkəndlisi Lətif Əzimovu güllələyib. O N.Ədilov istiqamətində ov tüfəngindən atəş açıb. İkinci hadisə yerindəcə keçinib.
Teymur Mustafayev saxlanılıb. Onun cinayətdə istifadə etdiyi silah götürülüb. Faktla əlaqədar araşdırmalar aparılır.