Qohumlar arasında dava: 2 nəfər bıçaqlandı - TƏFƏRRÜAT
12 sentyabr 2013 14:53 (UTC +04:00)

Qohumlar arasında dava: 2 nəfər bıçaqlandı - TƏFƏRRÜAT

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.


 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Mirqasım Kazımovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Vilvan kəndində qeydə alınıb.

 

Kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Ağababa oğlu Məmmədov ailə münaqişəsi zəminində kürəkəni, 1979-cu il təvəllüdlü Nurəli Şəmsəddin oğlu Bayramova və onun atası, Şəmsəddin Qurban oğlu Bayramova bıçaqla bədən xəsarətləri yetirib. Hər iki zərərçəkmiş döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Hadisəni törətmiş Mahir Məmmədov isə şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

 

Müstəntiqin sözlərinə görə, münaqişə Mahir Məmmədovun qızının Nurəli Bayramov tərəfindən boşanması səbəbindən baş verib. Belə ki, kürəkənin evinə gedən M. Məmmədov qızının cehizlərini götürüb evinə aparıb. Daha sonra isə o, sandığın ardınca yenidən keçmiş qohumlarının evinə qayıdıb. Bu zaman onların arasında mübahisə başlanıb. Mübahisə bıçaqlanma ilə nəticələnib.

 

Saxlanılan Mahir Məmmədov bıçaqladığı qudası Şəmsəddin Bayramov həm də onun bacısının həyat yoldaşı, kürəkəni Nurəli isə bacısı oğludur. Mübahisənin uzun müddətdən bəri davam etdiyini bildirən M. Məmmədov hadisə baş verən zaman özünü müdafiə etməyə çalışdığını deyib.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 126.2.1 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29