Qəbələdə itkin düşən lisey tələbəsi Bakıda tapıldı
31 mart 2014 16:42 (UTC +04:00)

Qəbələdə itkin düşən lisey tələbəsi Bakıda tapıldı

Qəbələ rayonunda itkin dünən 17 yaşlı oğlan tapılıb.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Qəbələ şəhərinin Məmməd Araz küçəsindəki 12 saylı mənzildə yaşayan Surxayev İlqar Rafiq oğlu Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu - 1997-ci il təvəllüdlü Cavid Rafiqli martın 25-də səhər saat 10:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid Rafiqli 5 gündən sonra Bakı şəhərindən, dənizkənarı bulvar ərazisindən tapılıb.

 

Məlumata görə, Qəbələ rayon Peşə Liseyinin tələbəsi olan Cavid Rafiqli heç vaxt Bakı şəhərində olmayıb və çoxdankı arzusuna çatmaq üçün ailə üzvlərindən xəbərsiz paytaxta gedib. O, Bakıya tək getdiyini, gecələr bulvardakı və avtovağzaldakı oturacaqların üstündə yatdığını, üzərində heç bir sənədin, cibində isə pulunun olmadığını bildirib. Cavid Rafiqli rayona gətirilərək ailəsinə təhvil verilib.

 

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1379

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29