Qaxda minik maşını yük qatarı ilə toqquşub
28 sentyabr 2013 13:35 (UTC +04:00)

Qaxda minik maşını yük qatarı ilə toqquşub

Qaxda minik maşını yük qatarı ilə toqquşub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 15.30 radələrində Qax Dəmir Yolu Stansiyasının ərazisindəki qorunmayan keçiddə baş verib. Qax rayon sakini Sərxan Orucov idarə etdiyi “Hyundai” markalı avtomaşını yük qatarına çırpıb.

 

Nəticədə ölən və xəsarət alan olmayıb, qatarın hərəkəti dayanmayıb. 

# 952
avatar

Oxşar yazılar