Prokurorluq dəhşətli hadisə ilə bağlı məlumat yaydı
13 yanvar 2014 15:35 (UTC +04:00)

Prokurorluq dəhşətli hadisə ilə bağlı məlumat yaydı

0

Bakı şəhər prokurorluğu yanvarın 11-də saat 15 radələrində Nizami rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində xəsarət alaraq hadisə yerində ölmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3405

Oxşar yazılar