Partlayan binanın bir hissəsi boşaldılır
09 sentyabr 2014 13:04 (UTC +04:00)

Partlayan binanın bir hissəsi boşaldılır

0

Xırdalanda dünən partlayış baş vermiş binanın bir hissəsi  boşaldılır.

 

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış baş vermiş blokdakı 4 ailənin, həmin bloka bitişik olan bloklardan isə 5 ailənin əşyaları mənzillərindən çıxarılıb.

 

Binanın partlayış baş vermiş bloku isə artıq sökülüb.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov APA-ya bildirib ki, partlayış baş verən blokdan və ətrafındakı bloklardan ümumilikdə 9 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 976

Oxşar yazılar