Özünü 5-ci mərtəbədən atdı
07 iyul 2013 23:53 (UTC +04:00)

Özünü 5-ci mərtəbədən atdı

Şirvan sakini özünü beşinci mərtəbədən ataraq intihar edib.

 

Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan sakini M. Rəsulzadə küçəsi 13a, mənzil 24 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Abdullayev İlqar Əsgərağa oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

 

İntiharın səbəbi məlum olmasa da, qonşuların bildirdiyinə görə, səfil həyat tərzi yaşayan İ.Abdullayev alkoqollu içkilərin aludəçisi imiş.

 

Faktla bağlı Şirvan polis şöbəsi araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Oxşar yazılar