
Ötən ay 298 ədəd mina zərərsizləşdirilib
Bu ilin may ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikentlik (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərləri ərazisində 551,987 m² (55.20 ha) ərazi yoxlanılıb, 291 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina (cəmi: 298 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.
Məlumata görə, əməliyyatlarda 472 nəfər əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 534,451,206 m² (53,445.12 ha) ərazi təmizlənmiş, 803,597 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
May ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 10 (on), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki), Rayon Polis Şöbələrindən - 2 (iki), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) - 1 (bir) müraciət daxil olub (cəmi:18 çağırış).
Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərləri ərazisində 3,980 kv.m ərazi yoxlanılmış, 110 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə mina (cəmi: 117 ədəd) və 6,491 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Oxşar yazılar

İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33
Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı
25 avqust 2025 , 00:48
Gəncədə 29 yaşlı oğlanı bıçaqladılar
25 avqust 2025 , 00:13
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir - YENİLƏNİB -VİDEO
24 avqust 2025 , 23:15
72 yaşlı kişi dənizdə boğulub öldü
24 avqust 2025 , 21:41
İsmayıllıda dağlıq ərazidə yanğın olub
24 avqust 2025 , 20:58