Oğuzda iki avtomobil toqquşdu: 5 yaralı
12 sentyabr 2013 11:05 (UTC +04:00)

Oğuzda iki avtomobil toqquşdu: 5 yaralı

Oğuzda iki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

 

Oğuz rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, beş nəfərin yaralanması ilə nəticələnən yol qəzası Oğuz şəhəri ərazisində baş verib.

 

Oğuz şəhər sakini, 1934-cü il təvəllüdlü Kərimov Ziyəddin Hümbət oğlunun idarə etdiyi “VAZ-2121” markalı 55 BD 696 nişan dövlət nömrəli avtomobillə Oğuz rayonu Calut kənd sakini, 1972-ci il təvəllüdlü Ələsgərov Nemət Məhəmməd oğlunun idarə etdiyi “VAZ-2105” markalı 10 OG 793 nişan dövlət nömrəli avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2121” markalı avtomobilin sürücüsü Ziyəddin Kərimov, avtomobildə olan sərnişinlər - Ziyəddin Kərimovun həyat yoldaşı, 1942-ci il təvəllüdlü Kərimova Gülzar Aydın qızı, onların gəlini, hazırda Rusiyanın dövlətinin Narinski şəhərində yaşayan 1974-cü il təvəllüdlü Kərimova İnarə Axmedovna, “VAZ-2105” markalı avtomobilin sürücüsü Nemət Ələsgərov və onun sərnişini, rayonun Calut kənd sakini, 1974-cü il təvəllüdlü Mürsəlov Vüqar Məmməd oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

Oğuz MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan xəstələrdən Ziyəddin Kərimovun vəziyyəti orta ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir. Digər xəstələrin isə xəsarətləri yüngül olduğundan, xəstəxanada onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29