ABŞ prezidenti Barak Obama və xanımı Mişel qızlarını az maaşlı işə düzəltmək istəyirlər. Lent.az-ın “Rosbalt”-a istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
Prezident və xanımı əmindir ki, bu qızların tərbiyəsinə xeyirli olacaq.
Obama cütlüyü hüquq elmləri doktoru elmi dərəcəsi alanadək çox az maaş alıblar və onlar bunu çox vacib təcrübə sayırlar.
ABŞ-ın indiki prezidenti yeniyetməliyində dondurma satıcısı, xanımı isə kitab dükanında cildçi işləyib.