Naxçıvan aeroportu təyyarələri qəbul edə bilmir
21 iyun 2013 13:33 (UTC +04:00)

Naxçıvan aeroportu təyyarələri qəbul edə bilmir

Naxçıvan aeroportu hava şəraitinə görə təyyarələri qəbul edə bilmir. Lent.az-ın məlumatına görə, bu barədə Bakıdan Naxçıvana gedən təyyarənin sərnişinlərindən biri   məlumat verib. Saat 09.00-da Bakıdan havaya qalxan təyyarə Naxçıvan şəhər aeroportuna enə bilmədiyindən geri qayıtmağa məcbur olub. Nəzərdə tutulmuş digər reyslər də yubanır.

 

“AZAL” QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Lent.az-a bildirib ki, 221 saylı reys üzrə Naxçıvana uçan təyyarə geri qayıtmağa məcbur olub. Saat 14:00-dək aerpororta enişin qeyri-mümkün olması barədə xəbərdarlıq edilib. Bu günə nəzərdə tutulmuş digər reyslər hələlik həyata keçirilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4073
avatar

Nizam Rza

Oxşar yazılar