Moskvada meyiti tapılan azərbaycanlının kimliyi bilindi - YENİLƏNİB
15 yanvar 2014 13:47 (UTC +04:00)

Moskvada meyiti tapılan azərbaycanlının kimliyi bilindi - YENİLƏNİB

0

Rusiya paytaxtında qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub.

 

 


 

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, çoxlu sayda bıçaq xəsarətləri ilə öldürülən Azərbaycan vətəndaşı 1984-cü il təvəllüdlü Ağayev Füzuli Nizami oğludur.

 

Qeyd edək ki, dünən Moskvanın cənubunda saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü aşkarlayıblar.

 

Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

 

***

 

saat 10.18

 

Moskva şəhərinin cənubunda üzərində bıçaq xəsarətləri olan naməlum kişi meyiti tapılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanvarın 14-də yerli vaxtla saat 22.36-da polisə 2-ci Kotlyakovski döngəsi, ev 1 ünvanında insident baş verdiyi haqda məlumat daxil olub. Hadisə yerinə gedən polislər bir nəfərin bıçaqlanaraq öldürüldüyünü görüblər. Onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib.

 

Qətlin meyvə-tərəvəz bazasında məişət zəminində baş vermiş mübahisə zamanı törədildiyi bildirilir. Cinayətin təfərrüatları araşdırılır.  

 

 

 

***

 

saat 03:38

 

Moskvanın cənubunda üzərində çoxsaylı bıçaq yarası olan kişi cəsədi aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə DİN-in Moskva şəhəri üzrə baş idarəsindən bildirilib.

 

“Yanvarın 14-də saat 22.36-da növbətçi hissəyə Kostlyakovski küçəsində 1 nəfər şəxsin yaralanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları üzərində çoxsaylı bıçaq yarası olan şəxsin cəsədini aşkarlayıblar. Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır”, deyə agentliyə mənbə bildirib.

 

Mənbənin məlumatına görə, qətl hadisəsi tərəvəz bazasında münaqişə zəminində törədilib.

 

Öldürülən şəxsin kimliyi və milliyyəti barədə hələlik məlumat verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6087

Oxşar yazılar