Aprelin 6-na keçən gecə Rusiya paytaxtında seriya qətllərdə şübhəli bilinən üç Azərbaycan vətəndaşı və bir Belarus sakininin yaxalanması üçün qanlı əməliyyat keçirilib. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, Moskvanın Krasnoqorsk rayonunun Daxili İşlər İdarəsinin əməliyyat qrupu gecə saat 3 radələrində şübhəlilərin gizləndiyi, Radujnaya küçəsi 11 ünvanında yerləşən evi mühasirəyə alıblar. Əməliyyatçılar evdə gizlənənlərin silahlı olduğu haqda məlumatlı olublar. Belə ki, həmin şəxslər təxminən bir ay əvvəl Moskva ətrafında biznesmenin evini soyublar və evin sahibini bıçaqla qətlə yetiriblər.
Aralarında bir qadın da olan quldurlar təslim olmaqdan imtina ediblər. Bildirilir ki, çoxsaylı soyğunçuluq əməlləri törədən cinayətkarlar öz qurbanlarının silahlarını da əldə ediblər və bu səbəbdən yaxşı silahlanıblar. Təslim olmaq çağırışından sonra onlar əməliyyatçılara atəş açıblar və gizlənməyə çalışıblar. Qapının arxasından polisə atəş açan quldurlar 30 yaşlı kapitan Sergey Jadobkini sinəsindən yaralayıblar. Kapitan aldığı güllə yarasından hadisə yerində keçinib.
Buna baxmayaraq dəstə üzvlərini yaxalamaq mümkün olub. Onların üçü Azərbaycan, biri Belarus vətəndaşıdır. Saxlanılanlardan “Sayqa” karabini və bir neçə travmatik tapança tapılıb. Rusiya İstintaq Komitəsi polis kapitanının qətli ilə bağlı onlara qarşı əlavə cinayət işi başladıb. Rusiya DİN-in Moskva vilayəti üzrə Baş idarəsindən bildirildiyinə görə kapitan Jadobkin polisdə 2001-ci ildən xidmət edirdi və Krasnoqorsk rayonu üzrə daxili işlər idarəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili idi. O, ailəli olub və 2 yaş yarımlıq qızı varmış. Əməliyyatda yaxalanan cinayətkarların adları açıqlanmır.

Moskvada azərbaycanlılarlarla polis arasında qanlı atışma: ölən var
Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16