“Fərəh M” MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin Gəncə şəhəri üzrə satış nümayəndəsi Ruslan Həsənovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 25.500 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğu üzəçıxıb. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxşar yazılar

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu
26 iyul 2025 , 02:17
Goranboyda ildırım yanğına səbəb oldu
25 iyul 2025 , 23:00
Goranboyda "Jiquli" aşdı, yaralananlar var
25 iyul 2025 , 21:22
Gəncədə qadın sevgilisini bıçaqladı
25 iyul 2025 , 20:44
Bakıda kişi dənizdə batdı
25 iyul 2025 , 19:33
Ərinin xəyanətindən şübhələndi, nəticə faciə ilə bitdi
25 iyul 2025 , 19:22
Jurnalistlərdən rüşvət alan 3 polis HƏBS OLUNDU
25 iyul 2025 , 19:07