Metroda qatar adam vurdu
09 iyul 2013 00:23 (UTC +04:00)

Metroda qatar adam vurdu

Bakı metrosunun “28 May” stansiyasında dəhşətli hadisə baş verib.

Musavat.com-un hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, qatar platformada dayanan gənci vurub. Metro işçiləri gəncə platformada qatar yolundan bir qədər uzaq dayanmaqla bağlı xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb. Həmin vaxt qatar gəlib və gəncin başı qatara dəyib. 


“28 May” stansiyasında həkim olmadığından, “Nəriman Nərimanov” stansiyasından həkim briqadası çağırılıb. Amma həkimlər hələ hadisə yerinə çatmayıblar. Oğlanın başından ciddi xəsarət aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5858
avatar

Oxşar yazılar