Mətbuat Şurası: Mitinqdə KİV-ə maneçilik olmayıb
28 sentyabr 2013 18:40 (UTC +04:00)

Mətbuat Şurası: Mitinqdə KİV-ə maneçilik olmayıb

Azərbaycan Mətbuat Şurası Bakının Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda Milli Şuranın bu gün keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Şuradan APA-ya daxil olan məlumatda bildirilib ki, aksiya gedişində prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Qeyd olunub ki, şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə də bununla bağlı hər hansı müraciət edilməyib.

 

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdə olduqlarını qeydə alıb.

 

Məlumata görə, Mətbuat Şurasının mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrəsinə də prosesi işıqlandıran jurnalistlər tərəfindən hər hansı müraciət edilməyib.

 

# 492
avatar

Oxşar yazılar