Maştağada ağır avtobus qəzası: çoxlu sayda yaralı var
04 may 2013 14:37 (UTC +04:00)

Maştağada ağır avtobus qəzası: çoxlu sayda yaralı var

Bu gün saat 14:15 radələrində Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində ağır avtobus qəzası baş verib. Lent.az-n məlumatına görə, bu barədə ANS PRESS-ə Sabunçu rayon Polis idarəsindən məlumat verilib. Məlumata görə, Maştağa qəsəbəsinin girəcəyində 166 saylı avtobus yüksək sürətlə hərəkət edərək "Kamaz" markalı yük avtomobilinə dəyib və sonradan divara çırpılıb. Zərbənin çox güclü olduğu bildirilir.


Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürən-xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza nəticəsində çoxlu sayda yaralı var.

Hazırda ərazidə hüquq-mühafizə orqanları çalışır.

# 4639
avatar

Oxşar yazılar