Maşınla qadını vurub öldürən sürücü ATV-nin operatorunu döyüb
13 noyabr 2013 13:07 (UTC +04:00)

Maşınla qadını vurub öldürən sürücü ATV-nin operatorunu döyüb

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 12-də saat 16.00 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində şəhər sakini Zaur Zərbəliyev idarə etdiyi “KİA” markalı avtomobillə dayanacaqda dayanmış Salyan rayon sakini Fəridə Dadaşovanı vurub. Xəsarət almış F.Dadaşova xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bununla əlaqədar hadisə yerinə gəlmiş “ATV” telekanalının operatoru Əli İbrahimov çəkiliş apararkən Zaur Zərbəliyev buna maneəçilik törədib, videokameranı sındırıb və onu döyüb.    

Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362

Oxşar yazılar