APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 42-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.
Kürdəmir rayon Qarabucaq kənd sakini 1960-cı il təvəllüdlü Umudov Əlvan Nadir oğlu “SHACMAN” markalı avtomobillə hərəkətdə olarkən sürücü idarəetməni itirib və qumla dolu yük maşını yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.