Kürdəmirdə qəza:[b] ölən və yaralanan var[/b]
07 iyun 2014 10:57 (UTC +04:00)

Kürdəmirdə qəza:[b] ölən və yaralanan var[/b]

 Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakinlərinə məxsus iki minik avtomobilinin toqquşması nəticəsində sürücü, 1979-cu il təvəllüdlü Süleymanov Rahib Eyvaz oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Osmanov Elnur Osman oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

     

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321

Oxşar yazılar