Kürdəmirdə 2 maşın toqquşdu, 5 nəfər yaralandı
04 may 2013 17:06 (UTC +04:00)

Kürdəmirdə 2 maşın toqquşdu, 5 nəfər yaralandı

 

Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Qazax yolunda, Kürdəmirin Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Qarabucaq kənd sakini 1983-cü il təvəllüdlü Azər Əhəd oğlu Əhmədovun idarə etdiyi 44-BL-073 dövlət nömrə nişanlı «VAZ 2106» markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini 1951-ci il təvəllüdlü Qubad İbad oğlu Hümbətova məxsus 10-LO-456 dövlət nömrə nişanlı «VAZ 2107» markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və «VAZ 2106»nın sərnişinləri olan Qarabucaq kənd sakinləri - 1969-cu il təvəllüdlü Şərafət Babaş qızı Salmanova, 1992-ci il təvəllüdlü Göyçək Əflatun qızı Rüstəmova, 1966-cı il təvəllüdlü Tahirə Əkbər qızı Rüstəmova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

# 816
avatar

Oxşar yazılar