Kitabxana, bərbərxana və 4 otaqlı ev yandı
24 iyul 2014 10:49 (UTC +04:00)

Kitabxana, bərbərxana və 4 otaqlı ev yandı

Masallıda, Hacıqabulda və Lənkəranda yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonunun Qəriblər kəndində ümumi sahəsi 40 kv.m olan bir mərtəbəli kitabxana binasının yanar konstruksiyaları və içərisində olan kitablar 15 kv.m sahədə yanıb. Kitabxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44 - də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hacıqabulda ümumi sahəsi 20 kv.m olan bərbərxananın lambirdən ibarət tavanı 20 kv.m sahədə və içərisində olan mebel qismən, Lənkəran rayonu Liman şəhərində isə 112 kv.m sahəli birmərtəbəli 4 otaq, aynabənddən ibarət evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

 

Ölən və ya xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar