Kamçatkada azərbaycanlını öldürənə 15 il iş verilə bilər
25 noyabr 2013 14:29 (UTC +04:00)

Kamçatkada azərbaycanlını öldürənə 15 il iş verilə bilər

Rusiyanın Kamçatka vilayətində 20 yaşlı Azərbaycan vətəndaşını qətlə yetirməkdə ittiham olunan Yelizovo şəhər sakini məhkəmə qarşısına çıxacaq.


APA-nın Rusiya Prokurorluğunun saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsi (insanın ölümünə səbəb olan ağır bədən xəsarətlərin yetirilməsi) üzrə ittiham olunur.

 

İstintaq məlumatlarına əsasən, 2013-cü il avqustun 5-də içkili vəziyyətdə olan 37 yaşlı Yelizovo hava limanının yaxınlığında yerləşən parkda 20 yaşlı Azərbaycan vətəndaşına qarın və ürək nahiyəsindən bıçaqla xəsarətlər yetirib. Azərbaycan vətəndaşı aldığı yaralardan iki saat sonra xəstəxanada dünyasını dəyişib.

 

Qətlin səbəbi kimi parkda sevgilisi ilə oturan azərbaycanlının onların yanında oturan həmin kişidən bir qədər kənarda oturmağı xahiş etməsi göstərilir. Bu qətlə görə Yelizovo sakini 15 il həbs cəzası ala bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981

Oxşar yazılar