Joze Mourinyo: “Rekordlarımdan danışın!”
04 may 2013 11:24 (UTC +04:00)

Joze Mourinyo: “Rekordlarımdan danışın!”

 

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo öz ünvanına yönələn tənqidlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Çempionlar Liqasından kənarda qalmaları səbəbindən mühakiməyə çəkilməsini düzgün saymayıb.

 

O, “kral klubu”nda əldə etdiyi uğurları sadalamağa başlayıb: “Siz qəzetçilər məni hesabdan silməyi bacarmazsınız. Ötən mövsüm 101 xalla İspaniya çempionu olduq. Bu, La Liqa rekordudur. 2011-ci ildə 20 illik İspaniya Kuboku həsrətinə son qoyduq. Qol rekordu da məndədir. Ardıcıl 3 mövsüm Çempionlar Liqasında yarımfinaladək irəlilədik. Halbuki son 21 ildə “Real Madrid”in 18 baş məşqçisindən yalnız 5-i bura qədər gələ bilmişdi. Amma mən dalbadal 3 mövsüm bunu bacaranda pis adam oluram”.

 

Qeyd edək ki, 50 yaşlı Joze Mourinyonun cari mövsümün sonunda “Real Madrid”də ayrılacağı gözlənilir. Onun İngiltərənin “Çelsi” komandasına qayıtmağa razılaşdığı bildirilir. “Real Madrid” bu mövsüm yarımfinalda Almaniyanın “Borussiya” (Dortmund) komandasına 2 oyunun nəticəsində uduzub – 1:4, 2:0. 

# 788
avatar

Oxşar yazılar