İranda saxlanılan Şamxal Hüseynov ailəsinə zəng edib
04 iyun 2013 17:20 (UTC +04:00)

İranda saxlanılan Şamxal Hüseynov ailəsinə zəng edib

Əlövsət Hüseynov: “Şamxal bildirdi ki, sənədləşmə işləri başa çatan kimi Vətənə qayıdacaqlar ”


 

Aprelin 30-dan AMEA-nın elmi işçisi Xalidə Xalidlə birlikdə İranda saxlanılan Şamxal Hüseynov ailəsinə zəng edib. Bu barədə APA-ya Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov bildirib.

 

Onun sözlərinə görə, qardaşı qısa danışıb və hazırda Azərbaycanın İrandakı səfirliyində olduqlarını deyib: “Şamxal bildirdi ki, hazırda geri qayıtmaq üçün sənədləşmə işləri gedir. Sənədləşmə başa çatan kimi Vətənə qayıdacaqlar. Lakin dönəcəkləri vaxtı dəqiq demədi. Məni çox sual verməyə də qoymadı”.

 

Qeyd edək ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

 

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə dünən təhvil veriliblər.

# 643
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20