İlhamədən Nazpəriyə növbəti zərbə: <span style="color:red;">25 min manat cərimə
23 iyul 2014 12:50 (UTC +04:00)

İlhamədən Nazpəriyə növbəti zərbə: 25 min manat cərimə

Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı məhkəmə çəkişməsinə Ali Məhkəmədə son qoyulub. Lent.az-ın məlumatına görə, xalq artisti İlhamə Quliyeva qafqazinfo-ya bildirib ki, Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnib: 


“Bu gün Ali məhkəmədə Nazpəri Dostəliyevaya qarşı iddiam üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən Dostəliyeva mənə 25 min manat ödəməlidir və eyni zamanda məndən üzr istəməlidir. Düşünürəm ki, məhkəmə ədalətli qərar verdi. Çünki Nazpəri mənim şərəf və ləyaqətimi təhqir etmişdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1636

Oxşar yazılar