İki “BMW” toqquşub
22 iyul 2014 01:01 (UTC +04:00)

İki “BMW” toqquşub

Sabunçu rayonu, Heydər Əliyev prospektində qəza baş verib.

APA-nın məlumatına görə, baş verən qəzada iki “BMW” markalı avtomobil toqquşub.

 

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Toqquşan maşınlar yol kənarındakı maneəyə çırpıldıqdan sonra dura biliblər. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəlib.

 

İlkin araşdırma zamanı məlum olub ki, qəzaya hər iki avtomobilin magistral yolda sürət həddini  aşması səbəb olub.

 

Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar