Hövsanda “Toyota” sərnişin avtobusu ilə toqquşub: xəsarət alan var - YENİLƏNİB
29 may 2014 10:21 (UTC +04:00)

Hövsanda “Toyota” sərnişin avtobusu ilə toqquşub: xəsarət alan var - YENİLƏNİB

0
Suraxanı rayonu, Hövsan qəsəbəsində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

 

APA-nın xəbərinə görə, qəza Hövsan qəsəbəsinin girişində, kanalizasiya sularının axıdıldığı kanalın yaxınlığında baş verib.

 

“10 BG 728” dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil dönmə əməliyyatı edən zaman 132 nömrəli marşrut avtobusunun yoluna çıxıb.

 

Avtobusla toqquşan minik maşını kanalın qoruyucu dəmir səddinə çırpılıb. Yüngül xəsarət alan “Toyota”nın sürücüsü 3 saylı şəhər klinik xəstəxanasına, avtomobili isə cərimə meydançasına aparılıb. Avtobusda xəsarət alan olmayıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar