Hərbi hissələr yay rejiminə keçdi
28 iyun 2013 14:31 (UTC +04:00)

Hərbi hissələr yay rejiminə keçdi

Azərbaycanda yay fəslində havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb. Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bununla bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müvafiq əmr imzalayıb.

 

Nazirin əmrinə əsasən, isti yay günlərində şəxsi hərbi hissələrdə şəxsi heyət saat 11:00-dan 17:00-dək günün altında olmur, əsasən kölgəliklərdə və kazarma şəraitində saxlanılır, xidməti işlərə cəlb olunmur.

 

Artıq bununla bağlı hərbi hissələrə müvafiq telefonoqramlar da göndərilib. Məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, xüsusən də günvurmadan qorumaqdır.

# 561
avatar

Oxşar yazılar