Hacıqabulda qəzada ölənlərin kimliyi məlum olub: onlardan 3-ü bir ailənin üzvüdür - <span style="color:red;">YENİLƏNİB
21 iyul 2014 22:43 (UTC +04:00)

Hacıqabulda qəzada ölənlərin kimliyi məlum olub: onlardan 3-ü bir ailənin üzvüdür - YENİLƏNİB

Hacıqabulda ağır yol qəzasında ölən 4 nəfərin şəxsiyyəti məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Mercedes” markalı, 20 CV 781 dövlət nömrə nişanlı avtomobili idarə edən Göygöl sakini, 1968-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəz oğlu, bir ailənin 3 üzvü - Gəncə sakinləri, 1970-ci il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Kərimova Rima Mamed qızı və qızı 1993-cü il təvəllüdlü Kərimova Əminə Nəsib qızı hadisə yerində ölüblər.

 

 

***

19.50

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 92-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvai kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin idarəetməni itirərək, aşması nəticəsində avtomobildə olan 4 nəfər ölüb.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6339

Oxşar yazılar