
Hacı Mazanın səhhəti ilə bağlı YENİ XƏBƏR: "Dünən vəziyyəti ağır olsa da..."
Dünən qəza keçirən iş adamı Hacı Ramazan Zeynalovun (Hacı Mazan) vəziyyəti yaxşılaşıb.
Bu barədə Lent.az-a Tədris Cərrahiyə Klinikasından məlumat verilib. Bildirilib ki, R.Zeynalovun vəziyyəti stabildir:
“Hazırda reanimasiyadadır. Gəldiyində vəziyyəti ağır olsa da, lazımi tədbirlərin görülməsindən sonra stabillik əldə edilib”.
Xatırladaq ki, dünən səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olmuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.
Daha sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərində Tədris Cərrahiyə Klinikasına gətirilmişdi.
Oxşar yazılar

“Sabunçu bazarı”nda yanğın-VİDEO
8 iyun 2025 , 09:23
Qaxda bir ailənin 4 üzvü və 2 qardaş qəzada yaralandı
7 iyun 2025 , 18:41
Azərbaycanlı qızları fahişəliyə məcbur edən qadına HÖKM OXUNDU
7 iyun 2025 , 18:35
Azərbaycanlı sahibkar BƏƏ-yə qaçdı: işləri yaxşı getmir
7 iyun 2025 , 17:08
Gölün kənarında yeni doğulmuş qız meyiti tapıldı
7 iyun 2025 , 16:50
Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01