Gürcüstan Azərbaycanla döyüş təyyarələri istehsal edə bilər
01 may 2013 12:59 (UTC +04:00)

Gürcüstan Azərbaycanla döyüş təyyarələri istehsal edə bilər

Gürcüstan Azərbaycanı döyüş təyyarələrinin birgə istehsalı layihəsinə dəvət edib.


 

Hərbi mənbələrdən eksklüziv olaraq APA-ya verilən məlumata görə, Gürcüstan Tiflis Aviasiya Zavodunda (TAM - Tbilisi Aerospace Manufacturing Company) Su-25 təyyarələrinin modernləşdirilmiş versiyalarının istehsalını həyata keçirməyi planlaşdırır. Rəsmi Tiflis layihənin maliyyələşdirilməsi və birgə istehsalın qurulması üçün Azərbaycana müraciət edib. Azərbaycanın hərbi dairələri təklifi müsbət qarşılasalar da, son qərarı hökumət verəcək.

 

Layihə reallaşarsa, təyyarələrin müəyyən hissələri Azərbaycanın hərbi zavodlarında istehsal edilə bilər.

 

Rəsmi məlumatlara görə, Azərbaycan 2002-2003-ci illərdə Gürcüstandan bu ölkədə istehsal edilmiş 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25 UB) tipli hücum təyyarəsi alıb. Bu təyyarələr TAM zavodunda İsrailin «Elbit Systems» şirkəti ilə həyata keçirilən proqramı çərçivəsində istehsal olunub. Müasirləşmədən sonra təyyarə Su-25 «Skorpion» adını alıb.

 

Gürcüstan istehsalı olan döyüş təyyarələrinin sınaqları Azərbaycan pilotlarının iştirakı ilə Azərbaycanda keçirilir. Gürcüstan son 10 ildə Azərbaycanla yanaşı, Konqoya da Su-25 təyyarələri satıb, Türkmənistan Hərbi Hava Qüvvələrinin Su-25 tipli təyyarələrinin təmirini həyata keçirib.

 

TAM zavodu tərəfindən indiyədək 900-dək Su-25 istehsal edilib. 

 

# 1190
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19