Günayın nişanlısı:"Qəzaya düşdüyünü gördüm, amma orda qalmadım"- YENİLƏNİB
05 sentyabr 2013 18:02 (UTC +04:00)

Günayın nişanlısı:"Qəzaya düşdüyünü gördüm, amma orda qalmadım"- YENİLƏNİB

APA-nın özəl mənbələrindən əldə etdiyi məlumata görə, Rabil Rzayev ifadəsində ölümündən əvvəl Günay Məmmədova ilə bir yerdə olduğunu təsdiqləyib. O bildirib ki, G. Məmmədovanı şəxsi avtomobili ilə yaşadığı evdən söhbət etmək üçün götürüb. Lakin yolda onların arasında mübahisə baş verib və geri dönüblər. Geri dönərkən G. Məmmədova israrla maşından düşmək istəyib və nişanlısı onun istəyini yerinə yetirib. Rabil Rzayev “aeroport yolu” ilə şəhərə tərəf hərəkət  edirmiş, Günay Məmmədova həmin istiqaməti keçib, yolun digər tərəfində isə onu “BMV X-5” markalı avtomobil vurub.

 

R. Rzayev G. Məmmədovanın qəzaya düşdüyünü görüb. O, ifadəsində qeyd edib ki, maşından düşüb, yolu keçərək hadisə yerində toplaşanlardan birinə qızı tanıdığını deyib və ailəsinə məlumat vermək üçün G. Məmmədovanın atasının nömrəsini verərək hadisə yerini tərk edib.  R. Rzayev ifadəsində hadisə yerini tərk etməsini G. Məmmədovanın ölümündən öncə onu ağır təhqir etməsi və çox əsəbi olması ilə əlaqələndirib.  

 

Bakı Metropolitenində Polis Şöbəsinin rəis müavini Kamil Şirinovun APA-ya verdiyi məlumata görə, avqustun 30-da  rayon ərazisində metropoliteninin bələdçisi Günay Məmmədovanın ölümü ilə nəticələnən yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayev 2011-ci ildən Bakı Metropolitenində xidmət aparır. K. Şirinov deyib ki, baş verən hadisədə R. Rzayevin günahının olub-olmaması Suraxanı Rayon Polis İdarəsində aparılan istintaq tədbirlərinin nəticəsində məlum olacaq.

 

*****

17.04

Günay Məmmədovanın nişanlısı polis əməkdaşı Rabil Rzayevin izahatı alınıb. Bunu Lent.az-a G. Məmmədovanın işini araşdıran müstəntiq Müşfiq Alməmmədov deyib. Onun sözlərinə görə, hələlik R. Rzayevin günahı sübut olunmayıb. Hazırda istintaq davam edir.

 

Qeyd edək ki, Bakı Metropoliteninin əməkdaşı G. Məmmədova avqustun 30-da aeroport yolunda baş verən qəzada həlak olub. Zərbənin təsirindən G.Məmmədova digər maşınların altına düşüb. Onun meyitinin hissələri salafan torbalara toplanaraq dəfn edilib.

 

Mediada yazılanlara görə, Günay Məmmədova hadisə baş verən gün nişanlısı Rabil Rzayevlə hansısa söhbət üçün evdən çıxıblar və təxminən bir saat sonra bədbəxt hadisə baş verib. Hadisədən sonra isə Günayın nişanlısı yoxa çıxıb.

 

G. Məmmədova əvvəllər ailəli olub. Toyundan bir neçə ay sonra ayrılaraq ata evinə qayıdıb. Sonralar isə, Bakı metrosunun “Gənclik” stansiyasında işlədiyi vaxt polis əməkdaşı Rabil Rzayevlə münasibət qurub. Rabil bir neçə ay əvvəl Günayla şərt kəsərək nişanlanıb. Şərt isə ondan ibarət olub ki, Günayın əvvəllər ailəli olması ikisinin arasında sirr olaraq qalacaq. Yəni Rabilin ailəsi bundan xəbər tutmamalıdır. Lakin hadisədən əvvəl Rabil Günay haqda dostuna danışıb. Həmin dostu isə Günayın əvvəllər ailəli olması barədə Rabilin ailəsinə məlumat verib. Bundan sonra isə Rabil və Günay arasında münaqişə yaranıb.

 

Hadisə baş verən gün Günay nişanlısı ilə məhz bu söhbəti aydınlaşdırmağa gedibmiş. Rabil görüş zamanı Günaya aralarındakı sirrin artıq məlum olduğunu, dostunun valideynlərinə onun əvvələr evli olması xəbərini çatdırdığını deyib. Bu isə baş vermiş faciəyə zəmin yaradıb.

 

G. Məmmədovanın Rabilin maşınından özünü atması ilə bağlı söhbətlər gəzsə də, onu vuran "BMW X5"-in sürücüsü Təhmin Vəliyev ilkin ifadəsi bu faktı təkzib edir.

 

Sürücü deyib ki, yolda gedərkən G.Məmmədova kənarda dayanıbmış, qəflətən özünü maşının altına atıb.

 

Dünən verilən məlumata görə isə, hadisə baş verənədək metronun “Gənclik” stansiyasında xidmət aparan R.Rzayev artıq başqa stansiyaya təhkim olunub. O, hazırda “Həzi Aslanov” stansiyasında xidmətdədir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12907
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar