Gülər Əhmədovanın cinayət işi məhkəmədə
25 sentyabr 2013 11:46 (UTC +04:00)

Gülər Əhmədovanın cinayət işi məhkəmədə

Sabiq millət vəkili Gülər Əhmədova barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iş sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məlumatda bildirilir ki, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

 

APA-nın əldə etdiyi məlumata görə isə, cinayət işi hakim Əlisultan Osmanovun icraatına verilib.

# 2754
avatar

Nizam Rza

Oxşar yazılar