Gülər Əhmədovanın ayağı tutulur
14 yanvar 2014 17:13 (UTC +04:00)

Gülər Əhmədovanın ayağı tutulur

0

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.


 

Bu barədə APA-ya məlumat verən Ə. Talıbov G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Özünü yaxşı hiss etmir. Ürəyi ağrıyır. Sol ayağı tutulur. Bu yəqin ki, əsəblə bağlıdır”.

 

Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1943

Oxşar yazılar