Göyçay-İsmayıllı yolu bağlandı
12 sentyabr 2013 11:42 (UTC +04:00)

Göyçay-İsmayıllı yolu bağlandı

 

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb.


 

APA-nın məlumatında görə, ötən gecə yolun 2-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində sel sularını ötürən kanalın üzərində inşa edilmiş körpü uçub və yol bağlanıb.

 

Məlumata görə, sürücü Hümbət Novruzovun idarə etdiyi 90 JR 304 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük maşını mişar daşı ilə yüklü vəziyyətdə körpünün üzərindən keçərkən qəzalı vəziyyətdə olan körpü tamamilə dağılaraq yararsız hala düşüb.

 

Yükü ilə birgə 80 ton ağırlığı olan “SHACMAN” körpünün üzərində asılı vəziyyətdə qalıb. Qəza zamanı sürücü xəsarət almasa da, yük maşını əzilib, hazırda maşının kanaldan çıxarılması üçün iş aparılır.

 

Qeyd edək ki, eni 6 m, uzunluğu 10 m olan körpü və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu dağılaraq istismar müddətini başa vurub. Son vaxtlar böyük çalaların əmələ gəldiyi yolda avtomobillərin hərəkəti mümkünsüz olub. Göyçay və İsmayıllı sakinlərinin ən çox istifadə etdiyi bu yol körpünün dağılması səbəbindən tamamilə bağlandığı üçün indi avtomobillər alternativ olaraq yaxınlıqdakı kəndlərin daxili yollarından, Göyçay-Hacıhətəmli-İvanovka-İsmayıllı və Göyçay-Ağdaş-Qəbələ-İsmayıllı yollarından istifadə edirlər.

 

Qeyd edək ki, ötən gün saat 23:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 3 km-də Mehmanxalı çayı üzərindəki körpüdən normadan bir neçə dəfə artıq yüklənmiş «SHACMAN» markalı ağır tonnajlı yük maşını keçib. Nəticədə, ikiaşırımlı körpünün birinci aşırımının bütün tirləri sınıb, nəqliyyat vasitəsi ikinci aşırımı keçərək asılı vəziyyətdə qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29