Gəncədə zirzəmidən silah-sursat tapıldı
13 noyabr 2013 13:47 (UTC +04:00)

Gəncədə zirzəmidən silah-sursat tapıldı

Gəncə şəhər sakini yaşadığı binanın zirzəmisindən silah-sursat tapıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Nazim Nadirov yaşadığı, Heydər Əliyev prospekti 151 saylı binanın zirzəmisində təmizlik işləri apararkən, orada olan beton piltələrin altında yerə basdırılmış vəziyyətdə avtomat silah tapıb. Bu haqda dərhal Polis İdarəsinə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları zirzəmidə pencəyə bükülmüş, bir ədəd AK-74 markalı avtomat silah, 2 ədəd hər birinin içərisində 35 ədəd olmaqla 70 ədəd 5,45 kalibrli patron aşkarlayaraq götürüblər.

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar