Martın 30-da Gəncə şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Gülüstan qəsəbəsində 43 yaşlı Natiq Bayramov həyat yoldaşı, 34 yaşlı Gülnarə Bayramovanı qısqanclıq zəminində qətlə yetirib. Bildirilir ki, N.Bayramov xeyli müddət imiş ki, həyat yoldaşının mobil telefonuna tanımadığı nömrədən SMS-lərin gəldiyini müəyyənləşdirib. O, bir neçə dəfə SMS-lərin gəldiyi nömrəyə zəng vursa da, qarşı tərəf cavab verməyib. Şübhələri daha da artan N.Bayramov həyat yoldaşından məsələyə aydınlıq gətirməsini istəyib və beləliklə ailədə münasibətlər daha da gərginləşib. Sonuncu SMS-dən sonra isə N.Bayramov 34 yaşlı arvadını öldürmək qərarına gəlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
10:07
Gəncədə ər arvadını bıçaqlayıb öldürdü
Gəncədə qətl hadisəsi baş verib.
Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən saat 19 radələrində şəhərin Gülüstan qəsəbəsində baş verib.
Gəncə şəhər sakini, 43 yaşlı Natiq Xanbaba oğlu Bayramov həyat yoldaşı, 34 yaşlı Gülnarə Teymur qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib. Məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.