Gəncə hava limanına bomba qoyulması xəbəri yalan çıxdı - YENİLƏNİB
01 dekabr 2013 12:10 (UTC +04:00)

Gəncə hava limanına bomba qoyulması xəbəri yalan çıxdı - YENİLƏNİB

 
Gəncə Beynəlxalq Hava Limanına partlayıcı maddə qoyulması barədə xəbər yalan çıxıb.

Gəncə Beynəlxalq Hava Limanın direktoru Bəylər Nəcəfovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, limanın bütün ərazisi Daxili Qoşunların minatəmizləmə qrupu tərəfindən yoxlanılıb və heç bir partlayıcı qurğu aşkarlanmayıb. Əməliyyat 02.30 radələrində sona çatıb və səhər saatlarından liman normal iş fəaliyyətini bərpa edib.

 
 
1 dekabr, saat 02:03
 
Gəncə Beynəlxalq Hava limanında axtarış tədbirləri davam etdirilir.

 

Gəncə Beynəlxalq Hava limanında axtarış tədbirləri davam edir. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hava limanına bomba qoyulması barədə məlumat vermiş şəxs Gəncə şəhər sakini 1981-ci il təvəllüdlü Həsənov Anar Məhərrəm oğludur. Onun spirtli içki və ya narkotik aludəçisi olduğu ehtimal edilir. Polis onun ünvanını müəyyən edib və hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.  

***

22.23

 

Gəncə Şəhər Baş Polis İdarəsinə Gəncə Beynəlxalq Hava limanında bomba qoyulması barədə məlumat daxil olub.

 

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosunun müxbirinə verilən məlumata görə, Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat saat 20 radələrində daxil olub. Xəbərə görə, hava limanında partlayıcının olması barədə polisə zəng edib, məlumat verən şəxs öz şəxsiyyətini də açıqlayıb.

 

 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

 

Hazırda nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aeroportun ərazisində müvafiq təhlükəsizlik tədbirləri görür və əraziyə baxış keçirirlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1993

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29