Gədəbəydə “UAZ” körpüdən çaya düşüb: 1 ölü, 1 yaralı
08 iyul 2013 14:52 (UTC +04:00)

Gədəbəydə “UAZ” körpüdən çaya düşüb: 1 ölü, 1 yaralı

Gədəbəydə “UAZ-469” körpüdən çaya aşıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 7-də saat 18.30 radələrində Gədəbəy rayonunun Qalakənd kəndi ərazisindəki meşə zolağında Qarıkənd kənd sakini Zaur Abdullayev idarə etdiyi “UAZ-469” markalı dövlət qeydiyyat nişanı olmayan avtomaşını körpüdən çaya aşırıb.

 

Nəticədə Zaur Abdullayevin sərnişini, Maarif kənd sakini Duman Orucov hadisə yerində ölüb. Xəsarət alan Zaur Abdullayev isə xəstəxanaya yerləşdirilib.

  
Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar