FHN xilasediciləri “Heydər zirvəsi”nə yürüş ediblər
04 may 2013 16:02 (UTC +04:00)

FHN xilasediciləri “Heydər zirvəsi”nə yürüş ediblər

 

 Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup xilasedicisi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüş edib.


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, xilasedicilərin Fəxri xiyabanda H. Əliyevin xatirəsini yad etməsi ilə başlanan yürüş mayın 4-də saat 12:20 radələrində Xınalıq kəndi ərazisində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”də başa çatıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Leyla Əliyeva, Kəmalə Qəhrəmanova, Murad Manafov və Əkbər Vahabov “Heydər zirvəsi”ndə qoyulmuş Heydər Əliyevin barelyefi önündə Azərbaycanın və Fövqəladə Hallar Nazirliyinin bayraqlarını qaldırıb, FHN-in loqosunu qayaya bərkidiblər.

 
# 349
avatar

Oxşar yazılar