ETTELAAT əməkdaşları Güney Azərbaycanda toy mərasiminə basqın edib
07 aprel 2014 21:36 (UTC +04:00)

ETTELAAT əməkdaşları Güney Azərbaycanda toy mərasiminə basqın edib

Mərkəzi Təbiz olan Şərqi Azərbaycan əyalətində yerli sakinlərlə məmurlar arasında toqquşma baş verib.


 

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, hadisə aprelin 5-də Şəbüstər şəhərinin Nadarlı kəndində olub.

 

Belə ki, ETTELAAT-ın  Şəbüstər şöbəsinin əməkdaşları azərbaycanlı fəallardan birinin toy mərasiminə basqın edərək qarşıqlıq salıblar.

 

Nəticədə “Salmas” musiqi qrupunun rəhbəri Abbas Nikrəvan döyülüb və aldığı xəsarətlərdən Şəbüstər xəstəxanasına qaldırılıb. ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları xəstəxanadan evə qayıdarkən azərbaycanlı fəalı Şərəfxana postunda saxlayaraq, Əmakin idarəsinə aparıblar.

 

A.Nikrəvan sorğu-suala tutulduqdan sonra aprelin 6-da səhər saatlarında sərbəst buraxılıb. Məmurlar A.Nikrəvanın rəhbərlik etdiyi “Salmas” musiqi qrupunun Səbüstər şəhərində çıxışına qadağa qoyulduğunu bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar