Etibar Hüseynovun köməkçisi həbs edilib? - RƏSMİ
01 may 2013 12:16 (UTC +04:00)

Etibar Hüseynovun köməkçisi həbs edilib? - RƏSMİ

Millət vəkili Etibar Hüseynovun İlqar adlı köməkçisinin Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə məlumat yayılıb.

 

Lent.az-ın “moderator.az” saytına istinadən verdiyi məlumata görə, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb.

 

Bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib. İlqarın ailəsi “moderator.az”-a  onun həbsini təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib.

 

Millət vəkili Etibar Hüseynov isə “qafqazinfo.az” saytına İlqar adlı köməkçisinin həbsi barədə yayılan məlumatlara münasibət bildirib. Etibar Hüseynov İlqar adlı köməkçisi olmadığını söyləyib. Etibar Hüseynov bildirib ki, seçki kampaniyası ərəfəsində deputatların ətrafında 100-ə yaxın nümayəndə olur: “Onlar da seçki vaxtı fəaliyyət göstərirlər və proses bitdikdən sonra həmin şəxslərin gördüyü işlərə görə deputat məsuliyyət daşımır. Heç kəs cinayət törətməkdən sığortalanmayıb: “Sabah mənim köməkçim, sürücüm və ya övladım cinayət törədərsə, əlbəttə ki, buna mən məsuliyyət daşımayacam. Hər kəs qanun qarşısında bərabərdir”.

Deputat onu da əlavə edib ki, yaxın günlərdə yayımlanan “Sitatın sonu” verilişindən sonra bu cür çirkin kampaniyalar başlanıb: “Mən elə proqram yayımlanmağa başlayanda demişdim ki, mənə qarşı şər-böhtan xarakterli kampaniyalar olacaq. Elə bu olay da kampaniyanın başlanğıcıdır”.
 

Milli Məclisdən Lent.az- bildirilib ki, Etibar Hüseynovun İlqar adlı köməkçisi yoxdur, onun köməkçisi Nuruşov Heydər adlı şəxsdir.

# 2030
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19