Hərbi hissədən qaçan əsgər tutulub - YENİLƏNİB
23 yanvar 2014 16:04 (UTC +04:00)

Hərbi hissədən qaçan əsgər tutulub - YENİLƏNİB

0
Azərbaycanda hərbi hissədən qaçan əsgər tutulub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “N” saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Əhmədov Qazax rayonu ərazisində saxlanılaraq xidməti yerinə təhvil verilib.

***

14.44

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həqiqi hərbi xidmətdən müəmmalı şəkildə yoxa çıxıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Məhəmmədov hərbi xidmətdən yoxa çıxıb. Onun əsgərlikdən qaçdığı bildirilir.

 

Hazırda rayonun giriş-çıxışlarında hərbi postlar qurulub. Qaçan əsgərin axtarışlarına başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1941

Oxşar yazılar