Ermənistanda həbsxana məsulu rüşvət aldığı üçün tutulub
07 iyul 2013 06:11 (UTC +04:00)

Ermənistanda həbsxana məsulu rüşvət aldığı üçün tutulub

Ermənistanda həbsxana məsulu rüşvət aldığı üçün tutulub

 

Ermənistanda Nubaraşen həbsxanasının əməliyyat işləri üzrə rəis müavini, 48 yaşlı D.Muradyan rüşvət aldığına görə həbs olunub.


 

Lent.az-ın- erməni mətbuatına istinadən məlumatına  görə, həbsə səbəb böyük məbləğdə vəsaitin və əmlakın alınması olub.  

 

Cinayət işinin materiallarına əsasən, Muradyan rüşvət qarşılığında xidməti səlahiyyətlərini aşaraq, rüşvət verən şəxsə himayədarlıq edib.

 

Fakt üzrə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin uyğun maddəsi 7-12 il həbs cəzası nəzərdə tutur. Həbsxana rəsmisi barəsində həbs qəti-imkan tədbiri seçilib.  

 

 İş üzrə məhkəmə prosesi yaxın günlərdə başlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar