Ermənilər 3 rayonumuzu atəşə tutub
29 sentyabr 2014 09:58 (UTC +04:00)

Ermənilər 3 rayonumuzu atəşə tutub

Ermənilər bu gecə 3 istiqamətdə cəbhə xəttində atəşkəsi pozublar. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar