Ermənilər Qazax və Ağstafanı atəşə tutdu
27 may 2014 10:10 (UTC +04:00)

Ermənilər Qazax və Ağstafanı atəşə tutdu

0

Atəşkəs rejimi yenə pozulub. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndlərində, Zod rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz düşmən tərəfdən atəşə tutulub.
 

Ermənilər Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutub. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

 

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar