Ermənilər işğal olunmuş ərazilərdə yanğın törədiblər
07 iyun 2014 18:46 (UTC +04:00)

Ermənilər işğal olunmuş ərazilərdə yanğın törədiblər

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yanğınlar törədiblər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, erməni hərbçiləri qoşunların təmas xəttinin Ağdam rayonu istiqamətində Baş Qərvənd kəndinin ərazisinə od vurublar.

 

Qısa müddət ərzində genişlənən yanğın neytral əraziyə yayılıb. Ərazidə bir neçə mina partlayışı da müşahidə olunub.

 

Hazırda yanğın davam edir. Yerli sakinlər və aidiyyatlı qurumlar yanğının təmas xətti yaxınlığındakı kəndlərə keçməməsi üçün tədbirlər görməyə hazırdırlar.

 

Xatırladaq ki, cəbhəyanı ərazilərdə biçilməmiş arpa və buğda zəmiləri var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar